İranda ata oğlunun qatilini edam zamanı bağışladı
20 may 2015 00:17 (UTC +04:00)

İranda ata oğlunun qatilini edam zamanı bağışladı

İranda yaşayan Möhsün adlı 89 yaşlı fermerin bir neçə ay əvvəl oğlu qətlə yetirilib. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qatil İranın hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və o, edam cəzasına məhkum olunub.

 

Yerli mətbuatın yazdığına görə, edamın həyata keçirilməsi üçün hazırlıq işləri yekunlaşıb və qatil edam kürsüsünə çıxarılıb. Lakin gözlənilmədən Möhsün oğlunun qatilini bağışladığını deyərək edamın dayandırılmasını xahiş edib. O, kəndiri qatilin boğazından özü çıxarıb. Qatil isə əyilərək Möhsünün ayaqlarından öpüb.

 

İran qanunlarına görə, əgər qətlə yetirilənin valideyni qatili bağışlayırsa, onda edam uzun müddətə (15-20 il) azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar