İranın Əlborz vilayətində 5 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkiliblər.
Mayın 18-də Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında saxlanılan 8 məhkum barələrində çıxarılmış ölüm cəzalarının icrası üçün təkadamlıq kameraya köçürülüblər. Ancaq onlardan üçünə işlərindən yenidən şikayət verməsi üçün möhlət tanınıb və həbsxananın ümumi korpusuna geri qaytarılıblar. Digər 5 məhbus isə mayın 19-da səhər saatlarında dara çəkiliblər.
Onların ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb. İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları da həyata keçirdikləri bu edamla bağlı ictimaiyyəti məlumatlandırmayıblar.