Ötən gün gecə saatlarında İranın Kirmanşah əyalətində 3 polis əməkdaşı öldürülüb.
Hadisə Səlas Babacani şəhərində baş verib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, Kirmanşah əyalətin polis qüvvələrinin başçısı Şəhriyar Heydəri iyunun 25-də jurnalistlərə bu barədə açıqlama verib.
Onun sözlərinə görə, naməlum yaraqlılar küçədə reyd keçirən polisləri mühasirəyə alaraq, onları odlu silahdan atəşə tutublar. Nəticədə Tazəabad qəsəbəsinin polis məntəqəsinin komandiri və daha iki polis yerindəcə həlak olub.
Hücum edənlər hadisə yerindən qaça bilib.
Başqa bir məlumata əsasən, oxşar hadisə İranın şərqində, Sistan-Bəlucistan əyalətində baş verib. Həmin olayın qurbanların İran İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri və sərhədçilər olub.