İranda 15 nəfər edam edilib
18 may 2014 13:01 (UTC +04:00)

İranda 15 nəfər edam edilib

İranda 15 nəfər edam edilib.

 

APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığı və qəsdən adam öldürməkdə günahlandırılıblar.

Belə ki, İranın Əlborz vilayətində 11 məhbus narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq edam edilib.

Onların mayın 10-da səhər saatlarında Kərəc şəhərinin Qızılhasar həbsxanasında dara çəkilsələr də, ölkənin rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları indiyədək bununla bağlı heç bir xəbər yaymayıb. Onlardan yalnız 4-nün adını dəqiqləşdirmək mümkün olub. Bunlar Fəxrəddin Bəşarəti, Əli Qubadi, Cəfər Tamami və Səlahəddin Qiyasidir.

Bundan əlavə, İranın Qəzvin vilayətində 4 nəfə edam edilib. Məhbuslardan üçü narkotik maddələrin qaçaqmalçılığı, biri isə qəsdən adam öldürməkdə günahlandırılıb. Onların ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 17-də səhər saatlarında Qəzvin şəhərinin həbsxanasında icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309
avatar

Oxşar yazılar