İrana silah satan İsrail vətəndaşı tutulub
13 may 2014 07:12 (UTC +04:00)

İrana silah satan İsrail vətəndaşı tutulub

ABŞ-ın sorğusu əsasında Təl-Əvivdə David Ben-Qurion adına hava limanında İsrail vətəndaşı həbs edilib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda xəbəri İsraildə çıxan “Haarets” qəzeti yayıb.

 

Mənbə bildirib ki, o, “İrana silahı tədarükündə və çirkli pulların yuyulmasında iştirak etməkdə” ittiham olunur.

 

Məlumata əsasən, yəhudi dövlətinin 64 yaşlı vətəndaşı 2000 -2004-cü illərdə xüsusi icazəsi olmadan İslam Respublikasına hərbi avadanlığın göndərilməsində iştirak edib. O, guya İsrail üçün nəzərdə tutulan hərbi təyinatlı malları əldə etmək üçün maliyyə vəsaitini İsrail və başqa dövlətlərdən ABŞ öz əlaltısına göndərirmiş.

 

ABŞ məhkəməsinin ittihamında o, da vurğulanıb ki, İsrail vətəndaşı “F-4”, “F-14”  qırıcı təyyarələrinin ehtiyat hissələrinin qanunsuz yolla ixracatında da iştirak edib. Halbuki həmin avadanlığın İrana satılması ABŞ-da yasaqlanıb.

 

 

Mənbə bildirib ki, İsrail hakimiyyəti adı açıqlanmayan bu israillinin tutulması ilə bağlı sorğunu bu ilin marında alıb. 2013-cü ilin mayında Konnektikut ştatının məhkəməsi ona qarşı 4 maddə üzrə ittiham irəli sürüb: İranla ticarət, uyğun icazəsi olmadan İslam Respublikasına hərbi döyüş avadanlığı ixrac etmək, uyğun icazəsi olmadan ABŞ-dan silah tədarük etmək məqsədi ilə sövdələşmədə, habelə da çirkili pulların yuyulmasında iştirak etmək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Oxşar yazılar