İrana dair saziş üzərində iş başa çatır
03 iyun 2015 05:50 (UTC +04:00)

İrana dair saziş üzərində iş başa çatır

0

 İranın nüvə proqramına dair sazişin mətni üzərində iş yekunlaşmaq üzrədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

 

“Təbii ki, biz tədricən mətnin razılaşdırılması işini yekunlaşdırmalıyıq və hələlik bu bizdə alınır”, deyə Ryabkov qeyd edib.   

 

Onun sözlərinə görə, iş artıq başa çatmaq üzrədir, son günlər ərzində isə mətnin razılaşdırılmamış hissəsi xeyli azalıb.   

 

Qeyd edək ki, ABŞ bundan əvvəl İranın nüvə proqramı üzrə danışıqları 30 iyundan sonrakı  müddətə uzatmaq niyyətində olmadığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar