İrana dair qətnamə artıq BMT Təhlükəsizlik Şurasında
16 iyul 2015 03:49 (UTC +04:00)

İrana dair qətnamə artıq BMT Təhlükəsizlik Şurasında

Bakı-APA. İrana dair qətnamə rəsmi olaraq BMT Təhlükəsizlik Şurasına təqdim olunub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.  

 

Onun sözlərinə görə, BMT TŞ-da qətnamə layihəsi üzrə səsvermə gələn həftənin əvvəlində keçirilə bilər.

 

Vitali Çurkin İrana dair qətnaməni BMT TŞ-sı tərəfindən yekdilliklə qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.  

 

İran prezidenti Həsən Ruhani bu arada bəyan edib ki, Tehranın nüvə proqramı üzrə razılaşma qəbul edildikdən sonra İran artıq dünyada  təhlükə kimi qəbul edilməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar