İran XİN rəhbərindən ABŞ-a sərt cavab
21 yanvar 2016 02:47 (UTC +04:00)

İran XİN rəhbərindən ABŞ-a sərt cavab

İran oktyabr ayında ballistik raketin sınağını keçirərkən heç bir beynəlxalq normaları, o cümlədən  BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmayıb.

 

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN telekanalına müsahibəsində deyib.

 

O xatırladıb ki, Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq İran nüvə başlıqlı raketlərin sınağını keçirə bilməz: “Biz də bunu etmirik. Və bir daha təsdiqləyirik ki, heç vaxt nüvə silahını əldə etmək fikrində olmamışıq.  Bunun müqabilində ABŞ bizim qonşularımızın silahlandırılmasına milyardlarla pul xərcləyir. Beləliklə, İran da özünümüdafiə məsələlərində özünə məhdudiyyət qoymamalıdır”, deyə M.C.Zərif qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

Oxşar yazılar