İran XİN-i etirazçılara çağırış etdi
03 yanvar 2016 05:53 (UTC +04:00)

İran XİN-i etirazçılara çağırış etdi

İran XİN-i vətəndaşları Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirməməyə çağırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu cür bəyanatla İran XİN mətbuat xidmətinin rəhbəri Hüseyn Cabir Ansari çıxış edib. Qeyd edək ki, şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına və Məşhəddəki konsulluğa hücum ediblər.        

 

XİN nümayəndəsi qısa bəyanatda Nimr ən-Nimrin edam olunmasını yenidən pisləyib və Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin olunmasının vacibliyini qeyd edib: “Ölkəmizin müsəlman əhalisinin reaksiyasını anlayaraq XİN vətəndaşları Səudiyyə Ərəbistanının diplomatik nümayəndəlikləri qarşısında toplaşmamağa çağırır”, deyə məlumatda bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar