İran 2015-ci ilin ortalarınadək Xəzər donanmasının döyüş sıralarına bir ədəd sualtı qayıq daxil etməyi planlaşdırır.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hazırda Ənzəlidəki gəmiqayırma müəssisəsində Xəzər donanması üçün bir ədəd qayıq inşa edilir.
Ənzəlidə bir Çin şirkətinin iştirakı ilə tikilən qayığın uzunluğu 50 metr olacaq.
Sualtı qayığın hansı silahlarla təchiz olunacağı barədə məlumat verilməyib.
Məlumata görə, qayıq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzərdəki qüvvələrinin silahlanmasında olacaq.