İran Xəzərdə yeni yataqlar aşkarlayacağını istisna etmir
09 aprel 2014 00:19 (UTC +04:00)

İran Xəzərdə yeni yataqlar aşkarlayacağını istisna etmir

İran Xəzər şelfində yeni karbohidrogen yataqlarının aşkarlanmasının mümkünlüyünü istisna etmir.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İranın “Khazar Exploration and Production Company” şirkətinin geoloji – kəşfiyyat üzrə direktoru Yusif Etimadi bildirib ki, 2664 metr dərinlikdə olan ikinci yoxlama quyudan götürülən nümunələrin nəticələri ümidvericidir. Onun sözlərinə görə, orada 4022 metr dərinliyədək quyu qazılacaq.

 

Etimadinin bildirib ki, İranda uyğun texnologiya olmadığından qazma işlər zamanı şirkət bir sıra önəmli çətinliklərlə üzləşir.

 

O, qeyd edib ki, Xəzərdəki “Sərdar-e-Cəngəl” (İran tərəfi belə adlandırır) yatağından neft hasil etmək niyyətindədirlər. Bu yataqda 2 milyard barel neft ehtiyatının olduğu ehtimal edilir.

 

Geoloqun qənaətincə, bütövlükdə Xəzərdə 108-120 milyard barrel qaz kondensantı ilə yanaşı 60 milyard barrel neft ehtiyatı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar