İran 2016-cı ildə ABŞ-a xalça ixracını bərpa edəcək. APA-nın “Mehr”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın xalça sənayesi idarəsinin rəhbəri Həmid Kargar bildirib.
“Amerikalı sahibkarların İran xalçalarına böyük maraq göstərməsi onların tezliklə ABŞ-a ixrac olunmağa başlayacağını deməyə əsas verir”, deyə Kargar qeyd edib.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib.