İran və Suriya üzrə ABŞ RF ilə əməkdaşlığı davam etdirəcək
12 mart 2014 04:43 (UTC +04:00)

İran və Suriya üzrə ABŞ RF ilə əməkdaşlığı davam etdirəcək

0

Suriyadakı rejimin kimyəvi silahının məhvi və İranın atom-nüvə problemi üzrə ABŞ Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda Ağ Evin saytında xəbər yayılıb. ABŞ prezidentinin mətbuat katibi Cey Karni mətbuat konfransında uyğun açıqlama ilə çıxış edib.

 

«Suriyanın kimyəvi silahının məhvinə dair biz Rusiya ilə çox mühüm əməkdaşıq. Başqa bir məsələ, İranın atom-nüvə proqramı üzrə «altılıq» ölkələri, o cümlədən Rusiya ilə əməkdaşlıq edirik. Bu məsələlər üzrə biz bütün tərəfdarlarımızla birgə işləməyi davam etdirmək niyyətindəyik» -deyə,  Karni vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar