İran və Hindistan birgə təlimlər keçirəcək
26 fevral 2016 03:44 (UTC +04:00)

İran və Hindistan birgə təlimlər keçirəcək

0

 İran və Hindistan birgə hərbi təlimlər keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Hərbi-Dəniz Qüvvələrini komandanı, kontr-admiral Həbibulla Səyari bildirib.  

 

“Biz Hindistan ordusu ilə qısamüddətli təlimlər keçirəcəyik və xilasetmə əməliyyatların daxil olacağı genişmiqyaslı taktiki manevrlər keçirmək niyyətindəyik”, - deyə Səyari bildirib.   

 

İranın Hərbi-Dəniz Qüvvələrini komandanı bildirib ki, birgə hərbi təlimlərin keçirilməsi barədə razılaşma Hindistan Silahlı Qüvvələrinin nümayəndəsi ilə keçirilən  görüş zamanı əldə olunub. Görüşdə tərəflər əməkdaşlıq və Hind okeanında təhlükəsizlik məsələlərini müzakirə ediblər.     

 

Səyari birgə təlimlərin tarixi və müddəti barədə məlumat verməyib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 569

Oxşar yazılar