İran və Almaniya əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdiriblər
21 iyul 2015 05:45 (UTC +04:00)

İran və Almaniya əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdiriblər

İran və Almaniya gələcək əməkdaşlığın əsas istiqamətləri avtomobil istehsalı, neft-kimya, energetika və ətraf mühitin mühafizəsi olacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  bu barədə ötən gün İranda səfərdə olan İran-Almaniya əməkdaşlığına dair konfransda vitse-kansler, Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel  bildirib.

 

“Hazırda iki mindən çox şirkət İran-Almaniya Ticarət Palatasına üzvüdür. Bu gələcəyə yüksək potensialın olduğunu və hər iki tərəfin  faydalı iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu nümayiş etdirir”, deyə o bildirib.    

 

Ziqmar Qabriel  qeyd edib ki, İran və Almaniya arasında mal dövriyyəsinin həcmi əvvəllər  2,4 mlrd olub. Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra bu göstərici iki dəfə artırıla bilər.

 

Almaniyanın iqtisadiyyat və energetika naziri qeyd edib ki, alman şirkətləri İran bazarına tək öz mallarını satmaq üçün yox, həm də bir sıra sahələrin və sənaye müəssisələrinin təkmilləşdirilməsi  məqsədi ilə daxil olur. Bununla əlaqədar nazir ölkəsinin İranla müasir texnologiyalar ilə bölüşməyə hazır olduğunu qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar