İranın ticarət naziri Məhəmməd Rza Nemətzadə Türkiyə istehsalı olan malların Rusiyaya reeksport (təkrar ixrac) olunmasına qadağa qoyub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazirin açıqlamasında bildirilir ki, müvafiq qərar Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik fonunda İran istehsalçılarını mümkün risklərdən qorumaq məqsədi ilə verilib.
“Türkiyə istehsalı olan malların iranlı sahibkarlar tərəfindən reeksport olunması İranın ümumi ixrac qaydalarına ziddir”, deyə nazirin açıqlamasında bildirilir.
Məhəmməd Rza Nemətzadə qeyd edib ki, yerli sahibkarlar İran istehsalı olan malların Rusiyaya ixrac olunması üçün Tehran və Moskva arasındakı yaxşı münasibətlərdən istifadə etməlidirlər.