İran Suriyanı dəstəkləməkdə mövqeyini dəyişməyib
29 oktyabr 2015 20:45 (UTC +04:00)

İran Suriyanı dəstəkləməkdə mövqeyini dəyişməyib

0

“İranın Suriya məsələsindəki mövqeyi dəyişməz  qalır, Tehran böhranın siyasi nizamlanmanı dəstəkləyir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  XİN rəhbərinin müavini Hüseyn Əmir Abdullahiyan  deyib.  

 

“İran Suriyanın dəstəklənməsində mövqeyini dəyişməyib. Tehran  həmişə Suriyada terrora qarşı mübarizə kampaniyasını və münaqişənin nizamlanması üzrə siyasi prosesi dəstəkləyib”, deyə nazir müavini bildirib. Diplomatın sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasının tərəfdarları dərk edirlər k, Suriya xalqı öz  taleyini yalnız özü siyasi proses çərçivəsində müəyyən edəcək.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar