İranın şərq sərhədlərində özünü “İraq Şam İslam Dövləti” terror təşkilatı ilə əlaqələndirən yeni terror təşkilatı elan edilib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib ki, təhlükəsizlik qüvvələri vəziyyəti öyrənir və yeni təşkilatın potensial təhlükə dərəcəsini qiymətləndirir.
“İslam dövləti” adlı yeni qruplaşma şərq sərhədlərimizdə mövcudluğunu bəyan edib. Biz onun İŞİD-lə əlaqələrinin olub-olmadığını araşdırırıq”, - Zülfüqari Fars agentliyinə bildirib.
Fars agentliyi xəbər verir ki, İran şərq sərhədlərində yeni müşahidə avadanlıqları qurur, yeni yollar və sərhəd zastavaları inşa edir.