İran səfirinə viza verilməsi məsələsinə  baxılacaq
16 aprel 2014 05:47 (UTC +04:00)

İran səfirinə viza verilməsi məsələsinə  baxılacaq

İranın BMT-yə təyin etdiyi səfir Həmid Əbutalibiyə viza verilməsi ilə bağlı məsələyə aprelin 22-də qurumun komitəsində baxılacaq.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda BMT baş katibinin təmsilçisi Stefan Düjarrik açıqlama verib.

 

“Kiprin (yunan-red.) səfiri, komitənin sədri Nikolas Emiliu mənə dedi ki, görüş aprelin 22-də keçiriləcək. Komitəyə İran tərəfindən məktub daxil olub. Həmin görüşdə Tehranın mövqeyi dinləniləcək”-deyə, o, söyləyib.

 

S.Düjarrik bildirib ki, görüşdə ABŞ təmsilçisinin də çıxış edəcəyi gözlənilir: “ABŞ da komitənin üzvüdür. Ona görə də komitənin istənilən üzvü öz sözünü deyə bilər”.

 

 

Düjarrik deyib ki, aprelin 15-də BMT-nin hüquqçuları mövcud şəraiti müzakirə etmək üçün İranın nümayəndə heyəti ilə görüşüb.

 

BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı ilə bağlı 1947-ci ildə əldə edilən razılaşmaya əsasən, ABŞ diplomatlar və rəsmi şəxslərin BMT-nin tədbirinə qatılmasını əngəlləməməli, onları viza ilə təmin etməlidir.

 

BMT-nin Komitəsinə 19 üzv –dövlət daxildir: ABŞ,  Bolqarıstan, Britaniya, Macarıstan, Honduras, İraq, İspaniya, Kanada, Rusiya, Çin, Kipr (yunan hissəsi), Kot-de İvuar, Kosta-Rika, Kuba, Malayziya, Mali, Liviya, Seneqal, Fransa.

 

Xatırladaq ki, İranın yeni səfiri Həmid Əbutalibi terrorçuluqda, 1979-cu ildə ABŞ –ın Tehrandakı səfirliyinin əməkdaşlarının girov götürülməsində iştirakda ittiham olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar