İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nenmətzadə Almanyida çıxan “Handelsblatt” qəzetinə müsahibə verib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, nazir deyib ki, Avropanı təbii qazla təmin edə bilərlər.
Onun sözlərinə əsasən, İran gələcəkdə dünyanın təbii qaz bazarında əsas rol oynamaq istəyir.
O, qeyd edib ki, ölkəsi bu sahədə Rusiyaya rəqib olmaq istəmir: “Bununla belə Avropanın bu yanacağa ehtiyacının günü - gündən artdığını nəzərə alsaq, İran bu tələbatı ödəyər”.
İran rəsmisi xüsusi olaraq, bildirib ki, İran Avropa üçün uzun müddətli, etibarlı tərəfkeş ola bilər.