Son illər İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin səhhətinin ağır olması və ya ondan sonrakı vəziyyətlə bağlı xəbərlər yayılır.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İslam Respublikası İran Dini Ekspertlər Şurasının üzvü, ETTELAAT-ın keçmiş rəhbəri Qurbanəli Dürri - Nəcəfabadi Şirazdakı toplantıda bu məsələyə toxunub.
O, bildirib ki, haqda indidən düşünmək lazımdır: «Allah ölkənin ali rəhbəri ayətullah Xamneyinini qorusun və ona uzun ömür versin. Bütün bunlara baxmayaraq, biz ondan sonrakı dövrlə bağlı indidən düşünməliyik».
Xatırladaq ki, Dini Ekspertlər şurasının 89 üzvü var. İran Ana Yasasına əsasən, qurum üzvlər ümumxalq səsverməsi ilə keçirilir. Şura ölkənin ali rəhbərini seçir. Eləcə də onu tutduğu vəzifədən azad edə biləcək yeganə qurumdur.
Xatırladaq ki, son zamanlar Xamneyinin sağlığında problem olduğu haqda şayiələr yayılıb.