İran rəsmisi məktəblərdə şagirdlərin erkən intim əlaqəsini etiraf edib
13 may 2014 03:45 (UTC +04:00)

İran rəsmisi məktəblərdə şagirdlərin erkən intim əlaqəsini etiraf edib

0

İran İslam Respublikasının idman və gənclər nazirinin müavini Mahmud Gülzari orta məktəblərdə şagirdlər arasındakı intim münasibətlərdən danışıb.

 

Lent.az-ın “Media forum”a istinadən  məlumatına görə, Mahmud Gülzari mayın 11-də jurnalistlərə açıqlamasında deyib ki, orta məktəblərdə oxuyan oğlanlarla qızların 40 faizi 14 yaşından bir-biri ilə gizli cinsi əlaqəyə girir: “Təəssüf ki, bu gün ölkənin orta məktəblərində oxuyan yeniyetmə qızlarla oğlanların dostluğu 30 il əvvəlki dövrlə müqayisədə üç qat artıb və onlar arasındakı əvvəlki ülfət, sadə dostluq indi gizli intim münasibətlərin qurulmasına, bəzən eyni vaxtda bir neçə nəfərlə cinsi əlaqəyə girmə həddinə gəlib çatıb. Bir sözlə, qız - oğlanın bir-biri ilə cinsi əlaqəyə girməsi orta məktəb yaşlarına gəlib çatıb”.

 

Mahmud Gülzari bildirib ki, şagirdlərin gizli cinsi əlaqələri haqda indiyədək 40-dan çox dissertasiya yazılıb: “Ötən il bu məsələ ilə bağlı məktəblərdə şagirdlər arasında 7 min sorğu vərəqəsi payladıq. Sorğunun nəticəsini və rəqəmləri açıqlamaq istəmirəm. Çünki çox narahatlıq doğuran nəticələr ortaya çıxıb. Ancaq bir şeyi demək istəyirəm. Biz şagirdlərin erkən yaşda intim əlaqəyə girməsi məsələsini məktəb direktorları və valideynlərlə müzakirəyə çıxarmalı, onları problemlə tanış etməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1678

Oxşar yazılar