“İraq və Levante İslam Dövləti” yaraqlılarına qarşı mübarizədə İraqdakı hökumətinə yardım etmək məqsədi ilə İran hakimiyyəti İslam İnqilab Keşikçiləri Qvardiyasının döyüşçülərini qonşu dövlətə göndərib.
Lent.az-ın “gazeta.ru” -ya istinadən məlumatına görə, bu haqda ABŞ-da çıxan “The Wall Street Yournal” qəzeti yazıb.
Mənbə bildirib ki, İran hərbçiləri İraqın Tikrit şəhərinin böyük bir hissəsini yaraqlılardan azad edib.
İran ordusunun İraqdakı başqa fəaliyyəti ilə bağlı məlumat yayılmayıb.
Xatırladaq ki, baş nazir Nuri əl-Maliki İran hakimiyyəti tərəfindən dəstəklənir.