İran hərbi təyyarələri “İŞİD”ə zərbələr endirib
03 dekabr 2014 10:27 (UTC +04:00)

İran hərbi təyyarələri “İŞİD”ə zərbələr endirib

0
İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraq ərazisində “İslam Dövləti” (“İŞİD”) qruplaşmasının mövqelərinə zərbələr endirib.

 

APA-nın xəbərinə görə, bunu Pentaqonun kontr-admiralı Con Kirbi deyib. O bildirib ki, son günlər İranın “F-4 Phantom” təyyarələri vasitəsilə “İŞİD”ə zərbələr endirdiyi haqda ABŞ-ın əlində məlumatlar var.  

 

Xatırladaq ki, oktyabrın ortalarında ABŞ prezidenti Barak Obama İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərib. O, məktubunda “İŞİD”ə qarşı mübarizə və İranın nüvə proqramı məsələlərinə toxunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar