İran hakimiyyəti “Laçın” qrupundakı uşaqları Türkiyəyə buraxmadı
29 may 2014 22:20 (UTC +04:00)

İran hakimiyyəti “Laçın” qrupundakı uşaqları Türkiyəyə buraxmadı

İran ETTELAAT-ı Təbrizdə fəaliyyət göstərən “Laçın” uşaq-musiqi qrupunun İstanbulda keçiriləcək 20-ci Türk Dünyası Uşaq Festivalına qatılmasının qarşısını alıb.

 

Tədbir hər il ənənəvi olaraq, mayın 20-dən iyunun 15-dək keçirilir.

 

Lent.az-ın "Oyannews"-a istinadən məlumatına görə, “Laçın” qrupunun üzvlərindən Bağır İbrahimpur mayın 28-də ETTELAAT-ın Təbriz şöbəsinə çağırılaraq, dindirilib. Onu hədələyərək, deyiblər ki, “Laçın” qrupunun üzvləri İstanbula aldıqları biletləri qaytarmalı, festivala qatılmaqdan imtina etməlidirlər.

 

ETTELAAT əməkdaşları mayın 26-da məsələ ilə əlaqədar Bağır İbrahimpurun mənzilində və iş yerində yoxlamalar aparıb, onun kompüterini, disklərini, kitablarını və bir sıra digər şəxsi əşyalarını götürüblər. Fəala mayın 31-də yenidən ETTELAAT idarəsinə gəlmək tapşırılıb.

Qrup üzvləri İstanbula səfəri mayın 29-na planlaşdırıbmış.

 

“Laçın” qrupu 1998-ci ildə yaradılıb. Qrupun əsas fəaliyyəti azərbaycanlı uşaqlara pulsuz ana dili kursları təşkil etmək, onlara Azərbaycan rəqs və musiqisini öyrətmək, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

 

“Laçın” qrupu 2009-cu ildən bu yana hər il İstanbulda keçirilən Türk Dünyası Uşaq Festivalında iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar