İranın Statistika Mərkəzi ölkə əhalisinin sayı ilə bağlı xəbər yayıb.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, cari il İran əhalisinin sayı 77 milyon 856 min olub.
Mütəxəssislər 2016-cı ildə bu göstəricinin 80 milyon olacağı qənaətindədir.
Mənbə xatırladıb ki, 2011-ci ildə ölkə əhalisinin sayı 75 milyon 150 nəfər olub.
Statistikaya əsasən, ölkə əhalisinin 51 faizi kişi, 49 faizi isə qadındır. Əhalinin 70 faizini 15-64 yaş qrupu təşkil edir.
Məlumata əsasən, İranda əhalinin sayı artsa da, son illər artım tempində azalma müşahidə olunur. Buna səbəb kimi şəhərə axının çoxluğu göstərilir.