İran dollardan istifadəni dayandırır
25 yanvar 2015 01:45 (UTC +04:00)

İran dollardan istifadəni dayandırır

0

İran xarici dövlətlərlə hesablaşmalarda dollardan istifadəni dayandırmaq qərarına gəlib.

 

Lent.az-ın “AzərTAc”-a istinadən məlumatına görə, bunu İran İslam Respublikası Mərkəzi Bankının rəsmisi bəyan edib.

 

Bundan sonra xarici ticarətdə digər valyutalardan, o cümlədən avro, yuan, türk lirəsi, rus rublu və Cənubi Koreya valyutasından istifadə olunacaq.

 

Mərkəzi Bankın direktor müavini Qulaməli Kamyab qeyd edib ki, İran hazırda bir sıra ölkələrlə başqa pul vahidlərindən istifadəyə dair ikitərəfli müqavilələr bağlamaq imkanlarını nəzərdən keçirir. Onun dediyinə görə, ticarət-iqtisadi əlaqələrin həyata keçirilməsinə imkan yaradacaq belə layihələrin imzalanması yaxın vaxtlarda nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar