İran dövlət büdcəsinə yenidən baxaraq, neftin bir barelinin qiymətini 40 dollar məbləğində müəyyən edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın maliyyə və iqtisadiyyat naziri Əli Tayebniyə bildirib.
“Biz büdcəyə dəyişikliklər edərək neftin bir barelinin qiymətini əvvəl müəyyən edilmiş 72 dollar yox, 40 dollar məbləğində nəzərə alacağıq... Neftin qiymətinin aşağı düşməsi bizi sarsıtmayacaq, biz onu üstünlüyə çevirmək niyyətindəyik”, deyə nazir bildirib.
Qeyd edək ki, İranda yeni maliyyə ili martın 21-də başlayıq.