İranın paytaxtı Tehranda fevralın əvvəlində həbs edilən BBC telekanalının keçmiş əməkdaşı azad edilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb. Məlumata görə, siyasi xəbər tərcüməçisi, BBC-nin keçmiş əməkdaşı Bəhmən Dərəşəfai, İranın hüquq mühafizə orqanları tərəfindən fevralın 3-də həbs edilıb.
Jurnalistin buraxılması gözlənilməz olub.
BBC hadisəyə belə şərh verib: “Siyasi aktivistlərə və jurnalistlərə qarşı təzyiq bu il İranda keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir”.