İran Avropa Parlamentinin dəvətindən yenə imtina edib
12 aprel 2014 17:25 (UTC +04:00)

İran Avropa Parlamentinin dəvətindən yenə imtina edib

 İran Avropa Parlamentinin dəvətindən yenidən imtina edib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin Avropa Parlamenti ilə əlaqələr komitəsinin şöbə müdiri Kazim Cəlali bildirib.

 

Onun sözlərinə görə, mövcud vəziyyətdə  İran parlamentinin nümayəndə heyətinin Avropaya səfəri imkansızdır: “Lakin Avropa Parlamentinin İran xalqı ilə bağlı strategiyasının dəyişəcəyi təqdirdə bu səfərin baş tutacağına ümid edirəm. Avropa Parlamentinin İran əleyhinə olan son qətnaməsi iki tərəf münasibətlərində sərinliyin yaşanmasına səbəb olub.

 

Qeyd edək ki, İran parlamentinin nümayəndə heyəti Avropa Parlamentinin İranla əlaqələr komitəsinin sədri Tarye Kronberqin dəvəti ilə 27-28 aprel tarixində Strasburqa səfər etməyi planlaşdırmışdı. Ancaq səfər Avropa Parlamentinin aprelin 6-da İran əleyhinə qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq təxirə salınıb. Qətnamədə 2013-cü il iyunun 14-də İranda keçirilmiş prezident seçkilərinin Avropa standartlarına uyğun olmadığı və rəsmi Tehran insan hüquqlarını pozmaqda davam etdiyi qeyd olunub. Bu da etiraza səbəb olub və İran parlamentinin 200-ə yaxın deputatı aprelin 6-da sənədi kəskin şəkildə pisləyən bəyanat qəbul edib. Ancaq bununla belə, T.Kronberq İran parlamentinin nümayəndə heyətinə məktub ünvanlayaraq onları növbəti dəfə Avropaya səfərə dəvət edib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460
avatar

Oxşar yazılar