İran ABŞ-la ticarəti bərpa etməyə qərar verdi
24 may 2015 07:25 (UTC +04:00)

İran ABŞ-la ticarəti bərpa etməyə qərar verdi

İran hökuməti yerli şirkətlərə ABŞ-la ticarət əlaqələrini inkişaf etdirməyə icazə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı naziri Qulamrza Şəfeyi bildirib.

 

“Qeyri-rəsmi əlaqələrin bərpası İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça bilər”, deyə Qulamrza Şəfeyi  “Mehr” agentliyinə bildirib.

 

Nazir həmçinin bildirib ki, ABŞ-la birgə ticarət palatalarının yaradılması ideyası İranda 10 ay müddətində müzakirə olunub.  

 

“Hökumətlə lazımi məsləhətləşmələr aparılıb, bizə tövsiyə edilib ki, əlaqələr ilk öncə İran və ABŞ-ın özəl sektorları arasında bərpa olunmalıdır. Tədricən  birgə palataların və treyderlər arasında formal əlaqələrin yaradılması üçün bu əlaqələr möhkəmləndirilməlidir”, deyə Şəfeyi bildirib.   

 

Onun sözlərinə görə, amerikalı sahibkarlar öz təşəbbüsləri ilə artıq  İran-ABŞ sənaye-ticarət palatası yaradıblar, lakin o rəsmi qeydiyyatdan keçməyib. Şəfeyinin sözlərinə görə, amerikalı sahibkarlar İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərirlər, lakin bu məsələ ilə bağlı hələlik heç bir rəsmi sorğu göndərilməyib”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar