İran "Facebook" vasitəsi ilə İsraili izləyirmiş
30 may 2014 05:43 (UTC +04:00)

İran "Facebook" vasitəsi ilə İsraili izləyirmiş

ABŞ-da yerləşən kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan “İSight Partners” firması bildirib ki, son üç ildə İran sosial şəbəkələr vasitəsi ilə fəal şəkildə casusluq kampaniyası aparır.

 

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, xəbəri “Facebook” şirkətinin rəhbərliyi də təsdiqləyib.

 

Dallasda yerləşən bu firmanın məlumatına əsasən, İran hakerləri ABŞ və İsrailin siyasi, hərbi rəhbərliyinin təmsilçilərinə özəl maraq göstərirmiş. Bununla belə Britaniya, Səudiyyə Ərəbistan, Əfqanıstan başqa dövlətlər də Tehranın casusluq fəaliyyətinin qurbanı olub.

 

Firmanın təmsilçiləri bildirib ki, iranlı hakerlər gerçəklikdə mövcud olmayan 14 saxta profil yaradıb. Onların 6-sı özünü xəbər saytının əməkdaş kimi təqdim edirmiş. Qalanları isə müdafiə şirkətində çalışdıqlarını bildirimiş.

 

Hakerlər yaratdıqları saxta “Facebook” səhifələrində onları maraqlandıran sahələrin adamları ilə münasibət qurur və yavaş-yavaş “dostlaşırmış”. Bu yolla onlar “dostlarından” informasiya alırmış.

 

 

“Facebook”-un mətbuat katibi Cey Nenkerrou bildirib ki, şirkət həmin 14 profilin hamısını sıradan çıxarıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137
avatar

Oxşar yazılar