İran “altılıq” ölkələri ilə ölkənin nüvə proqramına dair danışıqların uzadılacağını istisna etmir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının açıqlamasında bildirilib.
“Hələlik heç nə razılaşdırılmayıb”, deyə təşkilatdan bildirilib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri nazirlərin mübahisəli məsələləri gecə saatlarınadək müzakirə etmək niyyətində olduğunu bildirib.