İran 400 mülki təyyarə almağa hazırlaşır
02 may 2014 04:06 (UTC +04:00)

İran 400 mülki təyyarə almağa hazırlaşır

Atom-nüvə proqrammı ilə bağlı tətbiq edilən sanksiya götürülərsə, o , zaman İran 400-ə yaxın yeni sərnişin təyyarəsi ala bilər.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” agentliyi xəbər yayıb.

 

Məlumata əsasən, artıq İran “Airbus”  və “Boeing” kimi şirkətlərə milyard dollarlıq sövdələşmə təklif etməkdədir.

 

İran Mülki Aviasiya İdarəsinin başçısı bildirib ki, sanksiyalar götürülərsə, o zaman 10 il ərzində hər il 40 təyyarə alacaqlar.

 

Xatırladaq ki, 30 ildən artıqdır sanksiyalar ucbatından İslam Respublikasının mülki aviasiyası yeni təyyarələr ala bilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar