İraq və Omanın XİN rəhbərləri İbrahim əl Cəfəri və Yusif bin Ələvi yanvarın 6-da İran-Səudiyyə Ərəbistanı münasibətləri daxil olmaqla, bölgədəki vəziyyəti müzakirə etmək üçün Tehrana səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə İran XİN-dən bildirilib.
Məlumata görə, diplomatlar prezident Həsən Ruhani və XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşlər keçirmək niyyətindədirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.