İran-Pakistan qaz kəməri layihəsinin gerçəkləşdirilməsi mümkünsüzdür
01 aprel 2014 03:10 (UTC +04:00)

İran-Pakistan qaz kəməri layihəsinin gerçəkləşdirilməsi mümkünsüzdür

Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ölkənin Milli Assambleyasındakı məruzəsində bildirib ki, Tehrana qarşı beynəlxalq sanksiyalar tətbiq edildiyindən İrandan Pakistana ötürüləcək təbii qaz layihəsini başa çatdırmaq mümkün deyil.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məclis üzvlərindən birinin sualını cavablandıran, nazir vurğulayıb ki, beynəlxalq sanksiyalar davam edəcəyi halda praktik olaraq, layihə gerçəkləşdirilməyəcək.

 

Onun sözlərinə əsasən, qaz kəmərinin inşası başa çatsa belə Tehrana qarşı sanksiyalar ləğv edilməzsə, yaxud zəifləməzsə Pakistan İrandan «mavi yanacaq» ala bilməz.

 

Xatırladaq ki, «Sülh» adlı bu kəmər 2014-cü ilin dekabrında istismara verilməlidir. İran tərəfi öz sahəsində tikintini başa çatdırdığını bildirilsə də, Pakistan tərəfdə işlərin yarımçıq qaldığı söylənilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar