Qazaxıstan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlıq haqqında çərçivə müqaviləsi imzalanıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, razılaşmaya əsasən, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün Qazaxıstana 2,5 milyard dollar kredit veriləcək.
Maliyyə sektoru, kiçik və orta sahibkarlığın inkişafı, peşə-texniki təhsil sisteminin modernləşdirilməsi, peşəkar kadrların hazırlanması, bölgələrdə dayanıqlı ekologiyanın inkişafı sahələrində əməkdaşlıq ediləcək.
Ölkə prezidenti Nursultan Nazarbayevin məlumatına görə, Dünya Bankı Qazaxıstanda 3,5 milyard dollarlıq on layihəni maliyyələşdirir, artıq bu məbləğin 1,5 milyard dolları sərf edilib.