İqtisadiyyatın həcmi üzrə Çin ABŞ-ı artıq bu il ötəcək
30 aprel 2014 07:13 (UTC +04:00)

İqtisadiyyatın həcmi üzrə Çin ABŞ-ı artıq bu il ötəcək

İqtisadiyyatın  ölçüsü üzrə Çin bu il artıq ABŞ-ı keçə bilər.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Financal Times” qəzeti yazıb.

 

Qəzetin proqnozuna əsasən, Dünya Bankı iqtisadçıları bildirib ki, ABŞ dünyada iqtisadiyyatının böyüklüyünə görə birincilik statusunu ehtimal edildiyindən tez itirə bilər.

 

Mütəxəssislər “güzəranın gerçək qiyməti” amilinə əsaslanaraq, istehlakçıların çeşidli ölkələr üzrə alıcılıq qabiliyyətini müqayisə etməklə iqtisadi inkişaf tempini müəyyənləşdiriblər.

 

ABŞ 1872-ci ildən dünyanın ən böyük iqtisadiyyatı olan dövlətdir. Həmin il o, Böyük Britaniyanı keçib . İqtisadçıların çoxu hesab edirdi ki, Çin ABŞ 2019-cu ildə ötəcək .

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar