İordaniya səfiri Liviyada oğurlandı
15 aprel 2014 15:57 (UTC +04:00)

İordaniya səfiri Liviyada oğurlandı

İordaniyanın Liviyadakı səfiri Favaz əl-Etan naməlum şəxslərin hücumuna məruz qalaraq, naməlum istiqamətə aparılıb. Lent.az-ın “Associated Press”ə istinadən məlumatına görə, hadisə diplomat xidməti işlərinin dalınca getdiyi vaxt baş verib.

 

Mülki geyimdə və maskada olan bir neçə şəxs onun avtomobilinə atəş açaraq, sürücünü yaralayıblar və səfiri aparıblar. Hücum faktı İordaniya Xarici İşlər Nazirliyindən də təsdiqlənib. Nazirlikdən bildirilib ki, rəsmi Əmman öz vətəndaşının girovluqdan azad edilməsi üçün Liviya hökuməti ilə aktiv əməkdaşlıq edir.

 

Əl-Etanla birgə onu müşayiət edən 2 şəxsin də saxlanıldığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar