İordaniya Polis Mərkəzində atışma: 7 ölü
09 noyabr 2015 21:28 (UTC +04:00)

İordaniya Polis Mərkəzində atışma: 7 ölü

0

İordaniya paytaxtı Əmman yaxınlığında yerləşən  Polis Təlim Mərkəzində baş vermiş atışma nəticəsində 2-si amerikalı, 1-i CAR vətəndaşı və üçü iordaniyalı  olmaqla 7 nəfər ölüb.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

 

Məlumata görə, insident nəticəsində 6 nəfər yaralanıb. Bəzi məlumatlara görə, amerikalı mütəxəssislər mərkəzdə Fələstin təhlükəsizlik orqanlarının əməkdaşlarına təlim keçiblər.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar