İordaniya pilotunun ölümünə cavab kimi iraqlı qadını edam edəcək
Əmman iordaniyalı piolotun İŞİD tərəfindən yandırılmasına cavab olaraq, terrorçuluqda ittiham olunan iraqlı Sacidə ər-Rişəvini edam edəcək. Musavat.com xəbər verir ki, məlumatı Fransanın "Le Figaro" qəzeti yayıb.
Qəzet İordaniyanın təhlükəsizlik xidmətindəki mənbəyə istinad edib.
Edamın fevralın 4-ü sübh saatlarında həyata keçiriləcəyi gözlənilir.
İŞİD İordaniya vətəndaşını iraqlı terrorçu ilə dəyişməyi təklif etmişdi.
124