İordaniya hakimiyyəti “Əl Qaidə” terror təşkilatının dini rəhbəri Əbu Məhəmməd əl Maqdisini azadlığa buraxıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” yerli təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Əbu Məhəmməd əl Maqdisi 2014-cü ilin oktyabrında həbs edilmişdi.
İordaniya hakimiyyəti bu qərarı İŞİD silahlıları iordaniyalı girovu diri-diri yandırdıqdan sonra verib. Pilotun edam olunması İordaniyada kütləvi iğtişaşlara səbəb olub. İŞİD bu əməlinə cavab olaraq İordaniya hakimiyyəti bir neçə gün əvvəl həbsdə olan 2 terrorçunu edam edib. Yerli hakimiyyət həbsdə olan digər terrorçuları da edam edəcəyini bildirib.