Çinin Nantong şəhərində yaşayan 19 yaşlı bir gənc internet asılılığından xilas olmaq üçün sol əlini qoparıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına əsasən, daha sonra isə əlindəki qanaxmanın durdura bilmədiyi üçün xəstəxanaya gedib. Taksi ilə xəstəxanaya gedən oğlanın əli yenidən yerinə tikilib. Adı açıqlanmayan “Little Vang” ləqəbli oğlanın anası oğlunun başına gələnlər haqda bunları deyib: “Otağına girdiyim zaman onu tapa bilmədim. Mətbəxdən götürdüyü bıçaqla əlini kəsdiyi və xəstəxanaya getdiyi haqda məlumatın yazılı olduğu kiçik məktub tapdım”.
Rəsmi məlumatlara görə, Çində 24 milyon internet asılılığı olan gənc var. Bu gəncləri internetdən uzaqlaşdırmaq üçün xüsusi reabilitasiya mərkəzi yaradılıb.