İnsan alverçilərinin düşərgəsində diri basdırılmış adam aşkarlanıb
03 may 2015 01:01 (UTC +04:00)

İnsan alverçilərinin düşərgəsində diri basdırılmış adam aşkarlanıb

Tailandın cənubunda insan alverçilərinin düşərgəsində 40-a yaxın qəbir tapılıb. Xilasedicilər qəbirlərdə diri basdırılan, lakin sağ qalmış insan da aşkar ediblər.

 

AZƏRTAC SNN telekanalına istinadla xəbər verir ki, insanların alınıb-satıldığı düşərgə Malayziya ilə sərhədə yaxın olan Sonqkxla əyalətində aşkarlanıb. Polis əməkdaşlarının sözlərinə görə, diri basdırılan və vəziyyəti ağır olan adam xəstəxanaya çatdırılıb. Onun Myanma vətəndaşı olduğu güman edilir.

 

Məlumatlara əsasən, aşkar olunan qəbirlərdə basdırılan insanlar Myanma və ya Banqladeş əsilli Roxinca xalqına mənsubdurlar. Onların “insan alverçiləri alıcı gözləyənə qədər aclıqdan və ya xəstəlikdən öldüyü” bildirilir.

 

Bu region insan alverinin geniş yayılması ilə məşhurdur. Cinayətkar biznesin qurbanları çox vaxt Myanmadan gələn qaçqınlar olur. 2014-cü ildə ABŞ Dövlət Departamenti Tailandı insanlarla alver sahəsində dünyanın ən bərbad bölgəsi elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar