Məktəbli qız Eynşteyndən ağıllı çıxdı
14 dekabr 2015 21:40 (UTC +04:00)

Məktəbli qız Eynşteyndən ağıllı çıxdı

13 yaşlı məktəbli Nikol Barr bir sıra testlərdən keçib, bu testlərin nəticələrinə görə, onun İQ səviyyəsi 162 bənddən ibarət olub. Bu göstəricilər Albert Eynşteyn və Nikolay Kopernik kimi şəxsiyyətlərdə olan göstəricidən yüksəkdir.

 

Lent.az "oxu.az"-a  istinadən xəbər verir ki, qızcığaz 2 yaşında olarkən saymağı bacarırdı, 10 yaşında isə mürəkkəb riyazi tənlikləri həll edirdi. İstedadlı qızı artıq təhsil almaq üçün Oksford Universitetinə dəvət ediblər.

 

İQ testinin ilk prototipləri 20-ci əsrin əvvəlində hazırlanıb. Ona görə də bu testlərin mövcud olmasına qədər yaşayan şəxsiyyətlərin İQ səviyyəsini müəyyən etmək çətindir. Buna baxmayaraq, dahi insanların dərc etdikləri əsərlərinə görə, onların təxmini İQ səviyyəsini müəyyən etmək mümkün olub.

 

Bununla yanaşı, məlumatlar şərtidir, bir çox informasiya mənbələrində İQ səviyyəsi dəyişə bilər. Məsələn, Eynşteynin İQ səviyyəsi 160-190 bənd arasında dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar