“Mançester Yunayted”in futbolçusu Kris Smollinqin evində yanğın olub.
Apasport.az saytının ingilis mətbuatına istinadən məlumatına görə, evin yerləşdiyi ərazinin polis məmurları tərəfindən diqqət çəkən yanğını ilk olaraq polislər özləri söndürmək istəyiblər.
Daha sonra yanğınsöndürənlərin müdaxiləsi ilə alov tamamilə söndürülüb. Hadisənin hidromasaj vannasındakı qısaqapanmadan yarandığı bəlli olub. Xoşbəxtlikdən yanğın zamanı futbolçu və ailəsi evdə olmayıb.
Xatırladaq ki, Smollinq yaxın zamanlarda “Mançester Yunayted”lə yeni 4 illik müqavilə imzalamışdı.