İndoneziyadakı güclü zəlzələdə ölənlərin sayı dəqiqləşdirilir - YENİLƏNİB
02 mart 2016 19:27 (UTC +04:00)

İndoneziyadakı güclü zəlzələdə ölənlərin sayı dəqiqləşdirilir - YENİLƏNİB

İndoneziyanın rəsmi strukturları ölkədə baş vermiş güclü zəlzələ (7,9 bal) nəticəsində ölənlərin olması barədə məlumat yayıblar.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin dəqiq sayı bəlli deyil.

 

Qeyd olunur ki, yeraltı təkanların episentri 792 km dərinlikdə olub.

 

Honq Konq Meteoroloji Rəsədxanasının məlumatında isə zəlzələnin gücünün 8,2 bal olduğu bildirilir.

 

 

17:47

İndoneziyanın cənub-qərbində güclü zəlzələ baş verib. Zəlzələnin gücünün 8,2 bala çatdığı bildirilir. 

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, baş vermiş zəlzələ ilə bağlı ətraflı məlumat ictimaiyyətə açıqlanacaq. 

Milli Meteorologiya Təşkilatının verdiyi açıqlama görə, İndoneziyanın Sumatra adasının qərb sahillərində baş verən zəlzələ Qərbi Sumatra, Şimalı Sumatra və Sumatra adasının şimalında yerləşən Aceh, Bengkulu and Lampung vilayətlərində güclü sunami təhlükəsinin olacağı gözlənilir.

 

***

Lent.az-ın DailySabah.com-a istinadən məlumatına görə, zəlzələ Sumatra adasının cənub-qərbində yerləşən Padanq şəhərinə 808 km uzaqlıqda olduğu ifadə edilib. 10 km dərinliyində baş verən zəlzələnin  zəlzələnin maqnitudası əvvəlcə 8.2, sonra 8.1 daha sonra isə 7.9 olaraq müəyyən edilib.

Dağıntı və insan tələfatı ilə bağlı hələki məlumat yoxdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Fərizə Əhmədova

Oxşar yazılar