İndoneziyada güclü zəlzələ: sunami təhlükəsi elan edildi
15 noyabr 2014 07:24 (UTC +04:00)

İndoneziyada güclü zəlzələ: sunami təhlükəsi elan edildi

Indoneziyada 7,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlarla əlaqədar sunami təhlükəsi elan edilib.

 

İndoneziya Milli Metrologiya, İqlimşünaslıq və Geofizika İdarəsinin məlumatına əsasən, zəlzələnin episentri Şimali Molukka əyalətində, Xalmaxera adasından 137 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.

 

Ölən və yaralananlar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Oxşar yazılar