İndoneziya Konstitusiya Məhkəməsinin keçmiş sədri Aqil Muxtar korrupsiya ilə bağlı mühakimə olunub. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, ömürlük azadlıqdan məhrum edilib.
A.Muxtarr 5 milyon dollardan artıq məbləğdə rüşvət almaqda təqsirli bilinnib.
Məhkəmə hakiminin sözlərinə görə, Muxtarın bu əməli “Konstitusiya məhkəməsinin ölkədə nüfuzdan düşməsinə səbəb olub”.
53 yaşlı keçmiş hakim hökmü “ədalətsiz” adlandıraraq, şikayət edəcəyini bildirib.
Yerli hakimiyyət təmsilçilərinin sözlərinə əsasən, İndoneziyada korrupsiyaya görə bu ən sərt cəzadır.