İndoneziya iki dəfə silkələndi
11 oktyabr 2014 05:58 (UTC +04:00)

İndoneziya iki dəfə silkələndi

0

Oktyabrın 11-ə keçən gecə İndoneziyanın şimal və şərq hissəsində bir birinin ardınca 5,2 və 5,0 bal gücündə iki zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeraltı təkanın episentri Sakit okeanda yerləşən Talaud arxipelaqından 31 km cənub-qərbdə, ocağı isə 43 km dərinlikdə yerləşib.

 

İkinci zəlzələnin episentri Tanimbar adalarından 176 km şimal-qərbdə, ocağı 145 km dərinlikdə yerləşib.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar